İmtahan nəticələri haqda arayış almaq istəyənlərin nəzərinə

10:25 05.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərə müraciət edib.

DİM-dən hafta.az-a verilən xəbərə görə, Mərkəz tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər: http://eservices.dim.gov.az/sagird/indexsh.aspx 

Arayışın kodunu aşağıdakı keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar.   http://eservices.dim.gov.az/sagird/indexkod.aspx